Samuxda qətl hadisəsi törədilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.

Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

BAKU.WS