SİZİN REKLAM BURADA!
055 213 76 73



Zaqatalada iki nəfər Qax sakinin xəsarəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, gecə saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qəza hadisəsi qeydə alınıb. Qax şəhər sakini Məhəmməd Kərimov idarə etdiyi “QAZ 31” markalı 10 XM 634 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Məhəmməd Kərimov və maşında olan sərnişin Qax şəhər sakini 26 yaşlı Qədir Məmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS