VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının iki böyük prospektində hərəkət məhdudlaşdırılır.

 

Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyatın hərəkətinin hissə-hissə məhdulaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və 13-14 avqust 2015-ci il tarixlərində həyata keçiriləcək. Göstürilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.

Qeyd edək ki, Nəcəfqulu Rəfiyev küçəsində təmir-tikinti işləri Nəqliyyat Nazirliyi "Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində aparılır. Uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklər artıq bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 19500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2200 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib.

Nəqliyyat Nazirliyi və "Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, sürücülərdən üzr istəyirik və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Ziya Səccad
BAKU.WS