SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Yasin Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb, benzin nasosu xarab olub.

Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Firdovsi Məmmədovun idarə etdiyi "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS