VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərinşaatservis” şirkətinin maaşlarını ala bilməyən yüzlərlə fəhləsi yenidən bu şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edib.


BAKU.WS
-in virtualaz.org saytına istinadən verdiyi məlumata görə, aksiya məkanında - "Azərinşaat” şirkətinin inzibati binasının həyətində olan müxbiri xəbər verir ki, 200-dək fəhlə toplaşaraq etirazlarını davam etdirir.

Polis şirkətin binasının qapısı ağzında dayanıb, fəhlələrin şirkətin həyətini tərk etməsinə imkan vermir. Fəhlələr isə artıq küçəyə çıxaraq yürüş keçirməkdə israrlıdır.

İşçilər bildiriblər ki, şirkət rəhbərliyi onları aylardır aldadır: "Neçə aydır bizə söz verirlər, maaş isə yox. 6 aydır evimizə çörəkpulu apara bilmirik”.

Onların sözlərinə görə, şirkətin ümumən 1000 nəfərədək işçiyə üst-üstə 2 milyon manatdan çox borcu var.

Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit borcu olan "Azərinşaatservis” əvvəl nəqliyyat nazirinə yaxın olub, daha sonra şirkət bankın idarəçiliyinə keçib və hazırda tam müflis vəziyyətdədir. Şirkət Azərbaycanda çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrində baş podratçı olub. Lakin bu günlərdə "Azəryolservis” şirkətlə tərəfdaşlığı dayandırıb.

Şirkətin həyata keçirdiyi yol layihələrində işləyən bir neçə min fəhlə 5-6 aylıq əmək haqlarını ala bilmir və neçə vaxtdır ki, şirkətin ofisi qarşısında aksiyaya toplaşaraq pullarını tələb edirlər.

Fəhlələrin bildirdiyinə görə, bu dəfəki aksiyaya rayonlardan olan fəhlələr də qoşulacaq və onların sabah Bakıya toplaşacağı gözlənilir. Virtualaz.org saytının reportyoru "Azərinşaatservis”in ofisinə yola düşüb və fəhlələrin aksiyası haqda daha ətraflı məlumatları oxuculara çatdıracağıq.

BAKU.WS