Müsəlman gənc Fransada baş verən terror hadisələrində minlərlə insanın həyatını xilas edib.
 
BAKU.WS-in məlumatına görə, Fransa ilə Almaniya milli komandaları arasında matçın keçirildiyi "Stade de France"da daha bir terror aktının qarşısı alınıb. Stadionun ərəb mənşəli keşikçisi Zaurun (Zahir) müdaxiləsilə böyük bir faciənin qarşısı alınıb. Bəzi mənbələr iddia edir ki, o Suriyadan gəlmədir.
 
Cümə günü axşam o soyunma otağına gedən tuneldə öz vəzifə borcunu yerinə yetirirdi. Məhz buradan kamikadze keçməyə çalışıb. Terrorçu öz biletini təqdim edib və izah edib ki, buradan keçməlidir. Nə qədər israr etsədə Zaur terrorçunu buraxmayıb. Bu zaman qarşıdurma yaranıb və kamikadzenin bədəninə bərkidilmiş bomba yerə düşüb. Terrorçu qaçmağa çalışsada polislər ona yetişiblər. Üç dəqiqə sonra daha bir partlayış səsi eşidilib. 

İstintaqın versiyalarından birinə görə, müsəlman gənc tərəfindən dayandırılmış kamikadze meydançanın ortasında partlayış törətmək istəyib. Beləliklə insanlar çıxışa doğru qaçacaqlardı və orada terrorçular daha iki partlayış törətməklə daha çox insanın ölümünə səbəb olacaqdı. Əgər belə olsaydı stadionda minlərlə insan ölə bilərdi.
 
Şahin Həbibov
BAKU.WS