4-cü sinif şagirdinin gözünə qayçı ilə xəsarət yetirildi
17
dek
2025
17:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.
BAKU.WS qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan 2016-cı il təvəllüdlü şagirdə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....