SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Parisdə terrorçularla polisin atışmasının yeni videosu yayımlanıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə "Bataklan" konsert zalının yanında baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə İŞİD terrorçuları ilə Fransa polisinin atışması əks olunub. 
 
 
Xatırladaq ki, ötən gün "Wolkswagen Polo" markalı avtomobillə "Bataklan" konsert salonuna gələn 3 terrorist salona dalaraq təsadüfi ətrafa atəş açıb. Konsertdəki tamaşaçıların bir hissəsini də girov alan terrorçuların Suriya və İraq əsilli olduğu güman edilir.
 
Paris prokuroru bildirib ki, polisin əməliyyatından sonra terror aktının qarşısı alınıb. Terror hücumu zamanı istifadə edilən "Polo" markalı maşının Belçikaya boşqab daşıdığı məlum olub. Hücumu təşkil edən 3 nəfər Belçikada saxlanılıb. 
 
Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin sayı 129-a yüksəlib. 99 nəfər yaralılının vəziyyəti ağırdır. Ümumilikdə terror hadisəsi nəticəsində xəsarət alanların sayı 352 olaraq müəyyən olunub.
 
Şahin Həbibov
BAKU.WS