VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda rəsmi qeydiyyata alınan narkotik maddə alüdəçisi olan qadınların sayı azalıb.

BAKU.WS-in məlumatına görə, Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.

Ötən il yeni qeydiyyata alınan 2.115 (2016-cı ildə 2.142) narkoman qadınların 26-sı (2016-cı ildə 29-u) qadın olub.

Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.

BAKU.WS