SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gün Fransanın Paris şəhərində baş verən terror nəticəsində Silvester adlı gənc kişi də həlak olacaqdı.

BAKU.WS
-in məlumatına görə, onu cibində gəzdirdiyi smartfon telefonu xilas edib. Cibinə qoyduğu telefon onun ölümünün qarşısını alıb.
Demə partlayış zamanı qəlpələrdən biri onun ürək nahiyyəsinə dəyib. Qəlpə cibindəki telefona dəyərək Silvesterin bədəninə xəsarət yetirməyib. Hadisədən qorxduğunu etiraf edən Silvester terroru pisləyib.

"Hazırda həyatda qalmağım möcüzədir Məni cibimdəki telefon xilas etdi. Ölmədiyim üçün xoşbəxtəm. Lakin düzünü desəm belə xoşbəxtliyi heç kimə arzulamıram. Gözlərimlə gördüyüm dəhşətləri ömür boyu unutmayacağam”, - deyə Servester bildirib.

Ziya Səccad

BAKU.WS