SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Çində bir fabrikdə zorlanma hadisəsi qeydə alınıb. 
 
BAKU.WS-in məlumatına görə, təhlükəsizlik kamerası tərəfindən qeydə alınan hadisə hər kəsi heyrətləndirib. Belə ki, görüntülərdən də aydın olduğu kimi fabrik işçisi gənc qadına təcavüz etməyə çalışıb.
 
Qadın adamdan xilas olmaq üçün uzun müddət müqavimət göstərib. Bu zaman lift açılır və içindəki çalışanlar bu rəzalətə müdaxilə etmədən yalnız izləyib.

Qadının kömək fəryadını eşidən fabrik işçiləri də bir müddət sonra hadisə yerinə gəlib. Ancaq onlar da hadisəni izləməklə kifayətləniblər. Qadın özü heç kimə fikir vermədən təcavüzə davam edən fabrik işçisinin əlindən xilas olub. Qəzəbli qadın təcəvüzkar adamı hər kəsin gözü qarşısında döyməyə başlayıb.

Hadisədən sonra polisə ifadə verən çinli kişi qadının sevgilisi olduğunu iddia edib. Ancaq qadın bu iddianı israrla təkzib edib. 
 
BAKU.WS