SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Əlavə məlumat olduğu təqdirdə KİV-ə məlumat veriləcəkdir.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

İranda radarlardan itən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Tehran-Yasouc marşrutu ilə hərəkət edirdi.

İran telekanallarının yaydığı məlumata görə, təyyarənin göyərtəsində ən azı 66 sərnişin olub. Onlarım hamısı həyatını itirib.

BAKU.WS