SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yük avtomobili ofisə girib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

BAKU.WS