38 yaşlı sabiq məmur həbsxanada öldü

38 yaşlı sabiq məmur həbsxanada öldü
Hadisə 206

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.

BAKU.WS qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Rauf Abış oğlu Mustafayev vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub.

İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatlar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.

Xatırladaq ki, bu, 2025-ci ildə qeydə alınan 13-cü məhkum ölümüdür.

Son xəbərlər