VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

BAKU.WS xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS