SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti, rəqqas Böyükağa Məmmədov dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, B. Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında vəfat edib.

Xalq artisti ilə vida mərasiminin keçiriləcəyi və dəfn olunacağı yer dəqiqləşdirilir.

Qeyd edək ki, B. Məmmədov uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini təmsil edib.

BAKU.WS