SİZİN REKLAM BURADA!
055 213 76 73



Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.

BAKU.WS-in məlumatına görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Ailədə yalnız bir nəfər – marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs zəhərlənməyib.

Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb.

İman
BAKU.WS