SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Almaniyadan Antalyaya gedən təyyarə reysində qəribə hadisə baş verib.
 
BAKU.WS məlumat verir ki, Amaniyadan Antalyaya səyahət edən bir qadın təyyarədə ona təcavüz edilməsi ilə bağlı polisə şikayət edib. Qadının sözlərinə görə, təyyarədə yan oturacaqda əyləşən kişi onu zorlamağa cəhd edib. Gənc qadın bildirib ki, həmin şəxs ona əl atıb, sonra məcbur öpməyə cəhd göstərib. Qadın ordan uzaqlaşaraq məsələ ilə bağlı dərhal pilota məlumat verib.
 
Pilot təcavüz edən şəxsin Azərbaycan əsilli Orxan adlı şəxs olduğunu bildirib. İddia ilə bağlı Orxan təyyarədə sorğu-sual olunsa da, o iddianı təkzib edib. Təyyarə eniş etdikdən sonra təcavüz edən şəxs polisə təhvil verilib. 
 
BAKU.WS