Rusiyaya məxsus daha bir təyyarə qəzaya uğrayıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə Cənubi Sudanda baş verib. "Antonov" konserninin istehsal etdiyi yük təyyarəsi havada ikiyə bölünüb. İlkin məlumata görə, təyyarənin içərisində 20-dən çox ekipaj və sərnişin olub. Qəzadan yalnız iki nəfərin sağ qaldığı deyilir. 

Amma-12 tipli yük təyyarəsi Cənubi Sudanın paytaxtından uçuş həyata keçirib və bir müddət sonra qəza edib. Təyyarə havalimanından Paloç şəhərinə uçmaq üçün havaya qalxıb. Hadisənin şahidlərinin bildirdiyinə görə, təyyarənin quyruq hissəsi sınıb və Nil çayının ətrafına səpələnib. 
 
Cənubi Sudan KİV-i yazır ki, qəza zamanı ekipajın üzvlərindən biri və bir uşaq sağ qalıb. Hadisə şhidlərinin iddiasına görə, təyyarənin düşdüyü ərazidə 40-dan çox insan bədəni var. Polisdən əldə edilən xüsusi məlumatlara görə, qəza zamanı 41 nəfər həlak olub. 
 
Şahin Həbibov
BAKU.WS