Azərbaycanda zəlzələ olub.

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verib.
Xəbərdə bildirilir ki, zəlzələ yerli vaxtla saat 04:11-də Pirquludan 7 km qərbdə, Ağsu ərazisində qeydə alınıb. Yeraltı təkanlar 3 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.

İranda isə daha güclü zəlzələ baş verib. Ölkənin cənub-şərq hissəsində 6,3 bal gücündə zəlzələ olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

BAKU.WS