Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi Azər Nazim oğlu Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

BAKU.WS