Bakıda intihara cəhd edən şəxs xilas edilib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar.

BAKU.WS