SİZİN REKLAM BURADA!
055 213 76 73



Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

BAKU.WS