SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı sakininin motosikleti gözünün qarşısında qaçırılıb.

ARB TV xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib.

Şəhər sakini Həbib Yusubov idarə etdiyi "Zontes" markalı motosikletini restoranın qarşısında saxlayaraq yemək almaq üçün içəri girib. Hadisə yerində yerləşən təhlükəsizlik kamerasının görüntülərindən məlum olur ki, bu zaman naməlum şəxs motosikletə yaxınlaşıb və motosikletin açarını çıxarıb. Həmin şəxs bir neçə defə motosiklet ətrafında gəzib və onu qaçırmaq üçün uyğun zaman gözləyib. Hamının diqqətindən yayınan naməlum şəxs motosikletə oturaraq oradan uzaqlaşıb.

H.Yusubov qaçırılan motosikletinin arxasınca qaçsa da, çata bilməyib və hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102" zəng xidmətinə məlumat verib.

H.Yusubov Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinə (PB) gedərək baş verən hadisə ilə bağlı şikayət ərizəsi yazıb.

BAKU.WS