VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda turizm agentliklərindən birindən oğurluq olub. Şirkətin ofisinə güya turlarla maraqlanmaq üçün girən şəxs orda işləyən qızın başını qatıb, onun əlbir olduğu digər şəxs isə otaqlardan birindən kompüteri oğurlayaraq aradan çıxıb. Günorta vaxtı baş verən oğurluq anı kameraya düşüb.

Xaricə istirahətə getmək adı ilə turizm agentliyinin ofisinə girən şəxs ordan oğurluq edib.

Hadisə anı şirkətin təhlükəsizlik kameralarına düşüb. Bir nəfər turizm agentliyinə daxil olaraq ordakı xanım işçidən xarici turlarla maraqlanıb. Həmin vaxt onun əlbir olduğu digər bir şəxs başqa otağa daxil olaraq ordan notbuku götürüb aradan çıxıb.

Hadisə günorta paytaxtın Nərimanov rayonu Fətəli Xan Xoyski prospektində metrosnun gənclik stansiyasının yaxınlığında yerləşən turizm şirkətinin ofisində baş verib. Zərərçəkmişlər hadisədən təxminən 2-3 saat sonra xəbər tutublar.

Aynur Kərimlinin sözlərinə görə, onlara təxminən min manata yaxın ziyan dəyib. Ancaq əsas olan yenə kompyuter yox, yaddaşındakı məlumat və proqramlardır.
Hadisə ilə bağlı 16-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn polis təhlükəsizlik kameralarına düşən görüntülər əsasında həmin şəxslərin axtarışlarına başlayıblar. Faktla bağlı isə cinayət işi başlanıb.
 
BAKU.WS