Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Elşən Cəbrayılov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə 1997-ci il təvəllüdlü Ceyhun Qəribovu vurub. Ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb. Hadisəni törədən E.Cəbrayılov avtomobili hadisə yerindən qaçıb.

Oxşar hadisə Nizami rayonunda da baş verib. "Neftçilər" dairəsi yaxınlığında Kamran Mikayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Sürücü ağır xəsarət alan piyadanı özü xəstəxanaya çatdırıb. Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Bundan başqa, Nərimanov rayonunda da şəxsiyyəti məlum olmayan piyada yol qəzasının qurbanı olub. 1993-cü il təvəllüdlü Pərvin Qocayev "BYD" markalı avtomobillə orta yaşlı qadını vurub. Piyada hadisə yerində vəfat edib.

Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ