
“Report”un xəbərinə görə, o, jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb.
Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".
O deyib ki, "Lotu Quli"nin vaxtından əvvəl azadlığa çıxması üçün məhkəməyə vəsatət veriblər: "Məhkəmə vəsatətimizi təmin edib və Nadir Səlifov cəzasının dörddə üçünü çəkdiyi üçün azadlığa buraxılması barədə qərar çıxarıb".
Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun ötən gün Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı yayılmışdı.
BAKU.WS