VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Kütləvi informasiya vasitələrində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Baş Prokurorluğa çağırılaraq dindirildiyi barədə məlumatlar yayılıb.

BAKU.WS-in məlumatına görə, bildirilir ki, nazir dünən - oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Bildirilir ki, nazir Əli Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.


Məsələni dəqiqləşdirmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov BAKU.WS-ə açıqlamasında bildirdi ki, deyilənlər yalandır.

"Naiziri heç kim dindirməyib. Hazırda Əli Abbasov işdədir. Onunla bu dəqiqə görüşmüşəm. Hər şey qaydasındadır”, - deyə Müşfiq Əmirov bildirib.

Ziya Səccad

BAKU.WS