SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün saat 06:48 radələrində ABŞ-ın 911 Çağrı Mərkəzindən Azərbaycan Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara "Nissan Patrol" avtomobillərində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitəslərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilir.

BAKU.WS