SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

BAKU.WS