VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Dövlət Dəniz Administrasiyası dənizdə baş vermiş qəza ilə bağlı məlumat yayıb.
 
BAKU.WS xəbər verir ki, Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən, Səngəçal estakadasının "NST-3" buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - "Gültəkin Əsgərova", "Vadim Seyidov", "Vixr-5" hadisə yerinə yönəldilib.

İkinci mərhələdə isə "Caspian Provider", "Caspian Pride" və "Lənkəran" gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılır.