Paytaxtda yol polisi və sürücü qarşıdurmasına aid daha bir video yayılıb. 


BAKU.WS-in məlumatına görə, videodan görünür ki, metronun 20 yanvar stansiyası yaxınlığında bir neçə Yol Patrul Xidməti (YPX) əməkdaşı avtobus sürücüsünə qarşı güc tətbiq edir. Onların arasında Nəqliyyat Nazirliyinin əməkdaşları da var. Bundan sonra sürücü YPX əməkdaşlarına qarşı nalayiq ifadə işlədir. Yol Polisi yenidən qayıdaraq sürücünü vurmağa cəhd edir.  


Yalnız bundan sonra YPX əməkdaşları hadisə yerindən uzaqlaşırlar. Əlbəyaxanın nə səbəbə düşdüyü isə naməlum olaraq qalır. 


BAKU.WS