SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılov iki öncə "Qəbələ"nin əvəzedici komandasında çıxış edib.
 
BAKU.WS-in məlumatına görə, "Qəbələ" futbol klubu Elşən İsmayılovla bağlı söz-söhbətlərə aydınlıq gətirib. Klubdan bildirilir ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub.
 
E.İsmayılov ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.
 
Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi.
 
BAKU.WS