SİZİN REKLAM BURADA!
055 213 76 73



Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin rus bölməsinin müəllimi 3 il əvvəl işdən çıxarılsa da bu ildən həmin məktəbdə yenidən işləməyə başlayıb.

Bu barədə BAKU.WS-ə övladları həmin məktəbdə oxuyan şagirdlərin valideynləri məlumat veriblər.

Qeyd olunur ki, Validə Həsənova 3 il əvvəl 1-ci sinif şagirdini döydüyünə görə işdən çıxarılıb. Bu il həmin müəllim imtahan verib və yenidən 76 nömrəli məktəbdə müəllim kimi işləməyə başlayıb.

Valideynlər iddia edir ki, Validə Həsənova müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda 39 bal toplayıb, lakin rüşvət verərək yenidən həmin məktəbdə işləməyə başlayıb.

Valideynlər V.Həsənovanın övladlarına dərs keçməsini istəmədiklərini bildirirlər və övladlarını məktəbə göndərmirlər.


Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi BAKU.WS-in sorğusuna cavab verib.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtdakı 76 nömrəli məktəbə sosial məzuniyyət yerinə göndərilən ibtidai sinif müəllimi Həsənova Validə Vahid qızı rus bölməsinin 1-ci sinfində dərs deyir. Validə Həsənovanın dərs dediyi 1-ci sinfində uşaqların dərsə davamiyyəti normaldır və həmin sinifdə dərslər davam edir”, - deyə Təhsil İdarəsindən bildirdi.

İdarə dediklərinin doğruluğunu sübut edən fotoları da redaksiyaya göndərib.

BAKU.WS