SİZİN REKLAM BURADA!
055 213 76 73



Masazırda yerləşən 3 saylı məktəbdə səsləndirilən kompozisiya erməni bəstəkarı Ara Gevorqyana məxsusdur.

Bunu BAKU.WS-ə bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov deyib.

Onun sözlərinə görə, səsləndirilən kompozisiya erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyasıdır.

“Atam Fikrət Əmirovun belə kompozisiyası yoxdur. Bu uydurmadır. Bu barədə danışmaqdan yorulmuşam. Ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar”, - deyə Cəmil Əmirov bildirib.

Bu gün Masazırda yerləşən 3 saylı məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Şagirdlər erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası sədaları altında rəqs ediblər.

BAKU.WS