SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Florida ştatında "İrma" qasırğasının törətdiyi fəlakət zonasında ATV-nin aparacısı Ranar Musayev də insanlara yardım edib.

BAKU.WS-in məlumatına görə, aparıcı bununla bağlı İnstagram səhifəsində video paylaşıb.

O bildirib ki, qasırğa nəticəsində insanların evi tamamilə yararsız vəziyyətə düşüb.

“Mən də qardaşımla insanlara könüllü olaraq kömək edirəm. Yalnız xüsusi sığortası olan evlerin sahibləri, sığorta (xüsusi sığortadan söhbət gedir – red.) şirkətlərindən pulla təmin olunacaq. O da demək olar ki əksər evlərdə yoxdur, çünki bu həcmdə fəlakət bu zona üçün gözlənilməz idi. Onun üçün əksər evlərin sahibləri, öz problemlərini özləri həll etməlidir”, - deyə aparıcı bildirib.

Qeyd edək ki, 210 kilometr sürətlə hərəkət edən qasırğa Floridanın cənub sahillərində intensivliyi artırıb.

Rəsmi qurumlar qasırğanın təsirinin nisbətən azaldığını bildirib. Məlumata görə, qasırğa Florida ştatının şimal-qərbində təxminən 160 kilometr saat sürətlə təxminən 3 milyon əhalisi olan Tampa istiqamətində hərəkət edir.

Qasırğanın keçdiyi ərazilərdə dəhşətli mənzərələr meydana gəlib.

BAKU.WS