SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə departamentindən bildiriblər.

Xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib. Hazırda onlara müvafiq tibb yardım göstərilir. Səhiyyə departamentinin rəsmisi bildirib ki, xəsarət alanların sayının artması istisna edilmir.

BAKU.WS