SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuzda güclü külək bir sıra fəsadlar yaradıb. Bu gün axşam saatlarında qərb bölgəsində müşahidə olunan küləkli hava şəraiti Tovuzda dağıntılar yaradıb.

Rayon Fövqəladə Halla Komissiyasından APA-ya verilən məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində 5 və 2 mərtəbəli yaşayış binasının dam örtüyü uçub. İri bir ağac kökündən qoparaq Bakı – Qazax magistral yoluna düşüb. Həmçinin Tovuz şəhərində də külək xeyli sayda ağacları kökündən qoparıb.

Əlverişsiz hava şəraiti nəticəsində Qovlar şəhərində yerləşən 7 kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın yaranıb. Hazırda ətraf kəndlərin elektrik enerjisiz olduğu bildirilir.

Küləyin Tovuzun kəndlərində də fəsadlar yaratdığı bildirilir. Məlumata görə, hazırda fəsadların aradan qaldırılması istiqamətinə rayonda iş aparılır. 
 
BAKU.WS