SİZİN REKLAM BURADA!
055 213 76 73



Toya gedən ailə geri qayıtdıqda evlərinin qərət ediliyini görüb.

Hadisə ötən gecə tanınmış aktyor Elnur Kərimovun atasının yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən mənzildə baş verib. Evdəki bütün ailə üzvləri aktyorun qardaşı oğlunun toyunda olub. BU zaman 1-ci mərtəbədə yerləşən evin plastik pəncərəsini açaraq evə girən oğru və ya oğrular qızıl-zinət əşyalarını və pulu götürüblər.

Ailə üzvləri oğurluq hadisəsindən toydan qayıtdıqdan sonra xəbər tutublar. Hadisə yerinə polislər çağırılıb və müvafiq araşdırma aparılaraq barmaq izləri götürülüb. Elnur Kərimov bildirir ki, hadisə nəticəsində ailə üzvlərinə 8 min manatlıq ziyan dəyib.

Faktla bağlı Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qubada isə Bakıdan avtomobil qaçıran şəxslər tutulub. İki xalaoğlu oğurladıqları avtomobillərin detallarını çıxarıb, satmaq istəyiblər.

Sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib. Əməliyyat nəticəsində onlar Xınalıq yolunda tutulublar.

Onlar avtomobillə birgə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS