SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun qardaşının evindən oğurluq olub.

BAKU.WS xəbər verir ki, bu barədə aktyor Facebook hesabında yazıb.

“Bu gün qardaşım oğlunun qız toyu idi. Gəlib gördük ki, pəncərəni sındıraraq evə girib bütün pul və qızılları oğurlayıblar. Sentyabrın 18-də keçiriləcək toy üçün bütün aldıqlarımız oğurlanıb”, - deyə E. Kərimov vurğulayıb.

O, ailəyə dəyən ziyanın miqdarını açıqlamayıb.

Elnur Kərimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 40/42/60, ev 4, mənzil 92-də baş verib:

“Sentyabrın 8-də ailəvi olaraq qardaşım oğlunun evlənəcəyi xanımın qız toyunda iştirak etdik. Evə gələndə oğurluq olduğunun şahidi olduq. Sentyabrın 18-i oğlan toyu olacaqdı, ona hazırlaşırdıq. Evdən toy üçün nəzərdə tutulan 2 min AZN pul və 5 min AZN dəyərində qızıl oğurlanıb”.

Hazırda hadisə yerində Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları müayinələr edir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS