SİZİN REKLAM BURADA!
055 213 76 73


 
74 yaşlı qadının protez dişlərini oğurlayıblar. Hadisə paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsi Zahid Əliyev küçəsində baş verib. Qəsəbə sakini 74 yaşlı Gülşən Novruzova Suraxanı rayon 31-ci polis bölməsinə protez dişlərinin oğurlanması ilə bağlı müraciət edib.

Zərərçəkmiş deyir ki, axşam protez dişlərini çıxarıb qabın içərisinə qoyub. Səhər həmin yerə baxanda isə protez dişlərinin orada olmadığını görüb.

Diqqəti çəkən məqam isə protez dişlərin üzərində qızıl dişin olmasıdır.

Gülşən Novruzova əlil olduğundan kirayə yaşadığı evdə ona baxan bir ailə və qardaşı oğlu olan Elnur adlı şəxs də yaşayır.

Suraxanı rayonu 31-ci polis bölməsindən "Xəzər Xəbər”ə verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS