VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sentyabrın 4-də Bakının Nizami rayonu ərazisində qəza törədən 35 şaylı marşrut avtobusunun sürücüsü işdən çıxarılıb.

BAKU.WS Trend-ə istinadən bildirir ki, yol qəzasının baş verməsindən sonra avtobusun sürücüsü Valeh Muradov xətdən kənarlaşdırılıb. Hazırda faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, sentyabrın 4-də paytaxtın Nizami rayonunda V.Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 5-də dünyasını dəyişib.

BAKU.WS