32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü

32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
Foto
Hadisə 147

Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, müştərilər arasında baş verən mübahisə qanla bitib.

Yanvarın 1-i gecə 2 radələrində 36 yaşlı H.Məcidovla 32 yaşlı E.Rəcəbli arasında klubda mübahisə yaranıb. Daha sonra obyektin qarşısında H.Məcidov E.Rəcəblini bıçaqlayıb. Ağır xəsarət alan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü

Oxşar xəbərlər

Naxçıvanda məsciddə yanğın baş verib

Naxçıvanda məsciddə yanğın baş verib

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb, qalan hissəsi ya...

37 Hadisə 20:15 01 yanvar 2026

Son xəbərlər