SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakının Xətai rayonunda polis əməkdaşları gülləbaran edilib.


BAKU.WS-in məlumatına görə, bir neçə silahlı şəxs polislərin olduğu əraziyə hücum edib. Silahlılar polislərə atəş açıb. Nəticədə Xətai rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən faktı təsdiqlədiləyərək bildirdilər ki, yaxın saatlarda baş verən silahlı insidentlə bağlı rəsmi məlumat veriləcək.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, polisləri güllələyənlərdən biri, Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan” tipli tapança götürülüb.

Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Ziya Səccad
BAKU.WS