VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ağcabədi rayonunda qohumlar arasında insident olub.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini Əli Əliyev qohumluq əlaqəsi olan İdris Əhmədovun evinin pəncərəsinə ov tüfəngindən atəş açıb.

Evin pəncərəsinə zərər dəysə də, xəsarət alan olmayıb. Hadisənin borc üstündə baş verdiyi bildirilir. Belə ki, 44 yaşlı  Əli Əliyev İdris Əhmədovdan borc pul alıb və geri qaytarmayıb. Nəticədə tərəflər arasında mübahisə baş verib. Ə. Əliyev borclu olduğu qohumunun həyətinə gəlib və evə atəş açıb.

Ə. Əliyev Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS