31 yaşlı kişi yol qəzasında xəsarət alıb

31 yaşlı kişi yol qəzasında xəsarət alıb
Hadisə 2

Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini, 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.

Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər