SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 

"Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, "Mercedes” qadını və onun uşağını vurduqdan sonra "Daewoo” markalı avtomobilə çırpılıb. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS