3 uşağının gözü qarşısında arvadını qətlə yetirən şəxs : "Ayrı yaşamaq istəyirdi" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun məhkəməsi yekunlaşıb. Onun törətdiyi hadisə böyük səs-küyə səbəb olmuşdu.
O, Beynəlxalq Avtovağzalın yaxınlığında küçənin ortasında həyat yoldaşını 20-dən artıq bıçaq zərbəsi ilə qətlə yetirmişdi.
BAKU.WS xəbər verir ki, hadisə 2019-cu ilin oktyabr ayının 7-də baş verib.
Uzun sürən ailə daxili münaqişələrdən sonra 34 yaşlı Nicat Məmmədov həyat yoldaşı ilə münasibətlərə son qoymaq üçün onu ata evinə aparmağa gəlib. O, atası ilə birlikdə 7 il birgə nikahda yaşadığı həyat yoldaşı, 3 uşaq anası 27 yaşlı Leyla Məmmədovanı avtomobili ilə anasıgilə aparan zaman yolda yenidən mübahisə ediblər.
Nicat Məmməd avtomobilin yük yerindən götürdüyü bıçaqla Leylaya hücum edib və uşaqlarının gözü qarşısında ona zərbələr endirib.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...