VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. 

Sərnişinlərin BAKU.WS-ə verdiyi məlumata görə, "İçərişəhər” stansiyasına gedən qatar metronun "Nəriman Nərimanov” stansiyasında dayansa da qapılar açılmayıb və qatar yenidən hərəkət etməyə başlayıb. Sərnişinlər "Gənclik” stansiyasında düşüb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev BAKU.WS faktı təsdiqləyib və bildirib ki, qatarın "Nəriman Nərimanov” stansiyasında qapıları açıb sərnişinləri düşürməməsinin səbəbi texniki nasazlıq deyil.

"Maşinist qatarı sözügedən stansiyada müəyyən edilmiş yerdə saxlamayıb. Qatarın birinci vaqonunun iki qapısı tuneldə qalıb. Qaydaya görə, maşinist belə vəziyyətdə qapıları açmamalıdı. Bu səbəbdən sərnişinlər növbəti stansiyada düşürülüb”, - deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, maşinistin qatarı niyə müəyyən edilməmiş yerdə saxlamamasının səbəbi araşdırılır.