SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Pərvin Lətifovun qızı dünyasını dəyişib. 

BAKU.WS "qafqazinfo”-ya istinadən xəbər verir ki, sənətçinin beş yaşlı qızı Gülər dünyasını dəyişib.  

Onun ürək çatışmazlığından həyatını itirdiyi məlum olub. 

Xatırladaq ki, Pərvin "Azəri star" yarışmasından sonra məşhurlaşıb.  İfaçı 2011-ci ildə xalası qızı Əfsanə adlı xanımla ailə qurub. 

Onun vəfat edən övladından başqa İnci adlı kiçik bir qızı var.
 
BAKU.WS